"Transfer pəncərəsi" bağlanmasına baxmayaraq, "Neftçi" heyətini gücləndirməkdə davam edir. Matc.az saytının əldə etdiyi məlumata görə, Premyer Liqanın lideri daha bir oyunçunu heyətinə qatıb.

Belə ki, "Şerif"in müdafiəçisi Petru Raku karyerasını "ağ-qara" formada davam etdirəcək. Qış fasiləsində Moldova klubundan ayrılan 32 yaşlı mərkəz müdafiəçisi "Neftçi"yə azad agent kimi keçib. Hazırda Bakıda olan Moldova millisinin üzvü ilə danışıqlar müsbət nəticələnib. "Neftçi" yaxın saatlarda bu keçidi rəsmən bəyan edəcək.

Müqavilə müddətinin 6 aylıq olması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest