ötən mövsümün sonunda "Qəbələ"dən ayrılan ispaniyalı futbolçu Fernan Lopes Kiprin "Enosis" komandasına keçib. Matc.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
 
27 yaşlı hücumçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
Xatırladaq ki, Fernan Lopes ötən ilin oktyabrından "Qəbələ"də çıxış edirdi. O, daha əvvəl 2019/2020 mövsümündə də Azərbaycan klubunun formasını geyinmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest