Düz 20 il öncə millimiz Lixtenşteynlə qarşılaşıb. AVRO-2000-in səfərdəki görüşü tarixə Vaduts faciəsi kimi düşüb. Biabırçılıqla üzləşən komandamız 1:2 hesabı ilə uduzub. Bu, rəqibin tarixində ilk rəsmi qələbə olub.

Azərbaycan yığması bu gün Millətlər Liqasında IV turun oyununa çıxacaq. Matç.az saytı xəbər verir ki, Maltanı qonaq edəcək millimiz tarixində 3-cü dəfə oktyabrın 14-də oynayacaq.

Əvvəlki iki görüşdə komandamız qələbə qazanmayıb. Bu matçlar hər iki yığmanın qol sevinci yaşaması ilə yadda qalıb.

Düz 20 il öncə millimiz Lixtenşteynlə qarşılaşıb. AVRO-2000-in səfərdəki görüşü tarixə Vaduts faciəsi kimi düşüb. Biabırçılıqla üzləşən komandamız 1:2 hesabı ilə uduzub. Bu, rəqibin tarixində ilk rəsmi qələbə olub.

2009-cu ildə isə komandamız Dç-2010-un seçmə oyununu bu tarixdə keçirib. Güclü Rusiya ilə Bakıdakı heç-heçə yığmamızın aktivinə yazılıb. Komandamız rəqibi büdrədə bilib – 1:1.

14 oktyabr 1998. Vaduts. Aç. Lixtenşteyn – Azərbaycan – 2:1

Mario Frik, 47-p., Martin Telser, 49 – Qurban Qurbanov, 59

14 oktyabr 2009. Bakı. Dç. Azərbaycan – Rusiya – 1:1

Vaqif Cavadov ,54 - Andrey Arşavin, 13

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest