"Sevilya" Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyununda səfərdə "Latsio"ya qalib gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, əndəlüs klubuna səfər qalibiyyəti gətirən qola 22-ci dəqiqədə Vissam Ben-Yedder imza atıb.

Bununla 28 yaşlı forvard cari mövsümdə 20-ci qolunu vurub. O, buna 36 görüşdə nail olub. Fransalı "Barselona"nın kapitanı Lionel Messidən sonra La Liqada oynayanlar arasında bu mövsüm 20 qol həddinə çatan ikinci futbolçudu.

Argentinalı superulduzun aktivində isə 29 top var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest