Azərbaycanda "transfer pəncərəsi" bağlanmasına baxmayaraq, klublarımız yenə istədikləri kimi hərəkət etməkdə davam edirlər. Matc.az saytı xəbər verir ki, "Zirə"nin ardından bu gün də "Səbail" heyətinə yeni oyunçu cəlb edib.

çoxdandı hücumçu axtarşında olan bakılılar argentinalı İmanol İriberrini heyətə qatıblar. Bəs argentinalı qol baxımından, həqiqətən də, sıxıntı yaşayan "Səbail"in dərdinə dərman ola biləcəkmi?

Karyerasına nəzər yetirdikdə, İriberrinin ən yüksək zirvəsinin "Boavişta" olduğunu görərik. Forvard 2016-cı ilin yanvarında "Boavişta"ya keçəndə Avropaya ilk səfərini edib. Lakin həmin vaxt cəmi 6 ay "köhnə dünya"də qala bilib. "Boavişta"da 15 oyunda meydana çıxan İbierri cəmi 1 qolla öyünə bilib. Ondan əvvəl Argentina, Paraqvay, Kolumbiya, Venesuela, Boliviya çempionatlarında özü üçün vaxt "öldürən" oyunçu "Boavişta"dan ayrıldıqdan bəri 2,5 il ərzində ölkəsi Argentinada "Krukero", Venesuelada "Mineros", "Deportivo", Boliviyada isə "Sport Boys"un formasını geyinib.

Peşəkar karyerasına 2006-cı ildə başlayan 32 yaşlı forvard 13 il ərzində nə az, nə çox, düz 13 klubun formasını geyinib, "Səbail"lə nəhs rəqəmdən çıxıb. ötən ilin iyul ayında "Sport Boys"dan ayrılaraq sabiq komandası La-Quayra "Deportivo"suna qayıdan İriberri orda da 6 ay tab gətirə bilib. O, son komandasının heyətində keçən mövsümünün ikinci dövrəsində 9 matçda meydana çıxıb, 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu axırıncı dəfə noyabrda meydana çıxıb. O, sonuncu qol sevincini isə oktyabrın 7-də - yəni 4 ay əvvəl yaşayıb.

Gələn ay 32 yaşı tamam olacaq İmanol İriberrinin mərkəz hücumçusu olmasına baxmayaraq, oynadığı klublarda nadir hallarda qol vurması diqqət çəkir. Hər halda, ilk baxışdan Ruslan Qurbanov argentinalıdan daha məhsuldar görünür. Ancaq İriberri transferinin uğurlu olub-olmayacağına yaşıl meydanlardakı oyununa əsasən qiymət vermək mümkün olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest