"Neftçi" bu gün yeni baş məşqçisi Laurentisu Regekampf üçün təqdimat mərasimi təşkil edib. Matc.az xəbər verir ki, təqdimat mərasimində iştirak edən klub prezidenti Kamran Quliyev bunları söyəyib:
 
"Baş məşqçimizə xoş gəlmisiniz deyirik. Bizə qələbələr gətirməsini diləyirik. Yeni baş məşqçi ilə bağlı qərar Müşahidə Şurasının onlayn iclasından sonra qəbul olundu. 2 illik müqavilə bağlandı. Regekampf işlədiyi klublarda uğur qazanıb. Böyük komandalara qarşı yaxşı mübarizə aparıb. özü ilə uzunmüddətli danışıqlarımız olub. çox iddialı və istəklidir".
 
Quliyevin sözlərinə görə, yeni baş məşqçinin ayda 40 000 avro maaş alacağı barədə Rumıniya mətbuatında yazılanlar həqitəyəuyğun deyil: "Məbləğ xeyli aşağıdır. Regekampf yaxşı heyət qura bilən məşqçidir. Yaxşı futbolçular gələcək".
 
Tədbirdə iştirak edən "Neftçi"nin idman direktoru Zaur Əzizov isə klubun transfer planlarından söz açıb: "Transfer çalışmaları uzun müddətdir başlayıb. Bəzi oyunçularla ilkin razılıq əldə olunub. İnanırıq ki, onlar komandaya kömək edə biləcək gücdədilər. Müqaviləsi bitən futbolçularla da bağlı müzakirələrə başlamışıq. Braziliyalı hücumçularımız Tyaqo Bezerra və Ramon Maçado barədə yaxın saatlarda rəsmi məlumat veriləcək. Azər Əliyevin yerli statusunda oynaması da qısa müddətdə həllini tapacaq".
 
Yeri gəlmişkən, "Neftçi"nin yay hazırlıq planı da bəlli olub. İyunun 19-da Bakıda təlim məşq toplanışına start verən "ağ-qaralar" iyulun ilk günlərində Türkiyənin Bolu şəhərinə yollanacaq. ölkə xaricindəki hazırlıq prosesində 3 yoxlama oyunu nəzərdə tutulub. Rəqiblərin adları yaxın günlərdə açıqlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest