Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun komandası "Alkorkon" heyətinə yeni oyunçu qatıb. Matc.az saytının Haiti mətbuatına istinadən məlumatına görə, bu ölkənin nümayəndəsi Cerri Merveill Sequnda təmsilçisi ilə anlaşıb.

Hələlik "Alkorkon"un U-23 komandasına cəlb olunan gənc müdafiəçi yerli mətbuata müsahibə verib. Sol cinah oyunçusu hədəfinin Haiti yığmasına düşmək olduğunu söyləyib. O, bu yer uğrunda özünə əsas rəqib kimi isə "Qarabağ"ın oyunçusu Vild-Donald Gerye və "Ararat"ın yeni transferi Aleks Kristianı görür: "Gerye və Kristian yığmanın formasını daha çox geyinmiş iki güclü futbolçudu. Ancaq özümü heç də zəif saymıram. Baş məşqçi Mark Kollatdan nə vaxtsa dəvət alsam, Haiti yığmasını daha yüksəklərə qaldırmaq üçün əlimdən gələni edəcəm. Karyeramda mümkün qədər irəli getməyə çalışacam".

Qeyd edək ki, Vild-Donald Gerye Haiti yığmasının əsas heyət oyunçusudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest