"Ayaks"ın məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub. Matc.az saytının məlumatına görə, bu, çempionlar Liqasının 1/8 final mərhələsində "Real"la ilk qarşılaşmada baş verib.

İspaniya nəhənginə 1:2 hesabı ilə uduzan amsterdamlıların doğma arenada 30 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb. Buna qədər hollandlar "Kroyff Arena"da keçirilən 30 görüşün 26-da qələbə qazanmış, 4-də heç-heçə etmişdi. Komanda "Real"a qədər sonuncu dəfə 2017-ci ilin noyabrında "Utrext"lə çempionat oyununda (1:2) meydanı məğlub tərk etmişdi.

Qeyd edək ki, "Real"la "Ayaks" arasında İspaniyadakı cavab matç martın 5-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest