Qabriele və Rudolfun 1973-cü ildə Krombaxda oğlan uşaqları dünyaya gəlir. Futbol məşqçisi olan ata oğlunun da futbolçu olmağını istəyir. İlk vaxtlarda oğlu ona müəyyən ümidlər də verir. "Auqsburq"un gənclər komandası ilə 18 yaşında çempionluq sevinci də yaşayır. Bir il sonra "Ştutqart Kikers"ə transfer olur və II Bundesliqada 8 oyunda meydana çıxır. Amma işlər heç də gözlənildiyi kimi getmir və alman futbolunun ən hörmətli məşqçilərindən biri, xüsusilə də taktiki savadı ilə daim diqqət mərkəzində olan Ralf Ranqnikin çalışdırıdığı regional həvəskar liqa təmsilçisi "Ulm"a keçir.

Related image

Cənub regional liqasında üç il "Ulm"un "müdafiə dördlüy"ünün dəyişməzlərindən biri olur, komanda ikinci liqaya yüksəldiyi ərəfədə ciddi zədə alır… 1998-ci ildə, 25 yaşında futbolu buraxmağa məcbur olur. Həmin zamanlarda aşağı yaş qruplarında milli komandaların da formasını geyinib, amma bəxt gətirməyəndə, gətirmir…

Futbolun onu tərk etdiyi bir zamanda təhsil üstünlüyündən də yararlanaraq Ştutqart Universitetində İdarəetmə ixtisasına başlayır. Futboldan tamamilə uzaqlaşıb təhsillə yanaşı barmenliklə məşğul olaraq əvvəlkindən tamamilə fərqli bir həyat yaşamağa başlayır…

"Ulm"dakı müəllimi Ranqnikin oxuduğu şəhərin komandasına baş məşqçi gəlməsi ilə birlikdə yenidən xəyallar qurmağa başlayır. Artıq ağırıları keçib və təkrar futbolçu olmaq üçün Ranqnikdən onu yoxlamasını xahiş edir. Amma tərsinə olur, Ralf qəhrəmanımızı məşqçi olmaq üçün razı sala bilir və 2000-ci ildə "Ştutqart"ın gəncləri ilə işləməyə başlayır. Bu şəhərdə düz 5 il aşağı yaş qruplarında məşqçilik edir, uğurlar, kuboklar qazanır.

Həmin dönəmdə "Ştutqart"ın gənc komandalarının rəhbərliyində "Bavariya"da məşhurlaşan Holger Badştuberin atası Herman Badştuber var idi. Bura Almaniyanın fərqli bir bölgəsidir. Hollandiyada "Ayaks" nədirsə, Almaniyada da "Ştutqart" elədir. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində akademiya daha çox taktiki analiz və təcrübə yeri kimi istifadə edilirdi. Ralf Ranqnik xatirələrində bəhs edir ki, həmin zamanların "Milan"ı və "Dinamo Kiyev"ini izləlmək üçün hərəsinə 3 min mark verdiyimiz video alətləri o qədər irəli-geri hərəkət etdirirdik ki, gündə birini xarab edib zibilə atmalı olurduq. Ondan başqa Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv, "Frayburq"da tanınan, daha sonra "Bayer" və "Verder"də işləmiş Robin Dut da bu akademiyanın yetirmələridir. Ortaq özəllikləri isə hamısının milli komandanın formasında meydana çıxa bilməyəcək qədər əzik karyeralarının olmasıdır. Amma sadalanan şəxslərin hamısının məşqçilik karyeralarında motivator olmaqları ilə bərabər taktiki bilikləri də nəzərə çarpır.

Qəhrəmanımız bu insanların arasında yaşanan müzakirələrin içində yetişir. üstümdə ən çox əməyi olan iki insan dediyi, akademiyanın qurucuları Ralf Ranqnik və Herman Badştuberin əlindən tutduğu bu gənc məşqçi təkbaşına qanadlanmaq istəyir və başladığı yerə – Auqsburqa gələrək gənclərdən ibarət komandanın baş məşqçiliyini qəbul edir. 15-17-19 yaşlılardan ibarət komandalarda işlədikdən sonra 2007-ci ildə 1.4 qiymət ortalaması ilə baş məşqçilik lisenziyası alır ki, bu, o dövrün ən yaxşı nəticəsi hesab olunur.

Image result for thomas tuchel stuttgart

"Maynz" bu uğurlu nəticəni dəyərləndirmək istəyir və qəhrəmanımızı komandanın gənclərinə rəhbər təyin edir. Əslində həmin zamanlarda keçmiş müəllimi Ranqnik onu "Hoffenhaym"ın gənc komandasının başında görmək istəyərkən, Almaniya Futbol Federasiyası isə aşağı yaş qrup millilərindən birini ona tapşırmaq istəyir. Amma o, gəldiyi yeri sevir və Maynzda qalır. 2008/09 mövsümündə sürpriz bir şəkildə "Maynz"ın gənclər komandasını çempion edir.

Həmin mövsüm əsas komandanın əfsanəsi olmuş Yürgen Kloppun "Borussiya"ya getməsindən sonra boşalan posta norveçli Yorn Andersen təyin edilir. Komandanın mövsümün lap əvvəlində Almaniya kubokunda "Lübek"ə uduzaraq mübarizəni dayandırmasından sonra Andersenin karyerası başlamamış sona çatır. Rəhbərlik marjinal bir qərarla gənc komandanın çempion məşqçisini əsas komandaya baş məşqçi təyin edir. Bütün Almaniya "Maynz"ın şöhrətsiz birini komandanın başına keçirməsi ilə bağlı cəsarətindən danışır. Bu gənci isə heç kim tanımırdı…

Related image

Yeni baş məşqçi isə bütün danışılanların əksinə özünə çox güvənir və mövsümə əla start verir. Xüsusilə də oyunun gedişində tez-tez taktika dəyişdirməsi və hər matça fərqli düzülüşlə çıxması hər kəsin rəğbətini qazanır. Bundesliqanın ilk dövrəsi bitəndə isə futbolçular tərəfindən ilk yarının ən yaxşı baş məşqçisi seçilir. Əsas hədəfi liqada qalmaq olan "Maynz" sürpriz şəkildə mövsümü 9-cu pillədə başa vurur.

Son dərəcədə təvazökar, heç vaxt qazandığı uğurlardan başı gicəllənməyən, özünəxas xüsusi taktikaları olan və fərqli motivasiya metoduna sahib gənc məşqçi Almaniyanın ən parlaq gələcəyə sahib baş məşqçisi kimi diqqət çəkir.

Image result for thomas tuchel borussia dortmund

Haqqında bəhs etdiyimiz qəhrəmanımız – Tomas Tuxel iki illik "Borussiya" karyerasının ardından hazırda dünyanın maddi cəhətdən ən varlı klublarından biri olan PSJ-nin baş məşqçsidir və Fransa klubu ilə daxili çempionatda olduğu kimi çempionlar Liqasında da uğurla çıxış edir.

 

Tərcümə: Zaur XUDİYEV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest