Cavabın bu həftə ərzində veriləcəyi gözlənilir. 1-ci Liqaya vəsiqə qazanan komanda qanalı forvardı icarə əsasında və ya birdəfəlik heyətinə qatmaqda maraqlıdır.

"Qarabağ" klubunun futbolçusu Ovusu Kvabena karyerasını yenidən Türkiyədə davam etdirə bilər. Matc.az xəbər verir ki, "Sakaryaspor" 25 yaşlı hücumçu üçün "köhlən atlar"a təklif göndərib.
 
Cavabın bu həftə ərzində veriləcəyi gözlənilir. 1-ci Liqaya vəsiqə qazanan komanda qanalı forvardı icarə əsasında və ya birdəfəlik heyətinə qatmaqda maraqlıdır.
 
Qeyd edək ki, ötən mövsüm icarə əsasında "Ankaragücü"nün formasını geyinmiş Ovusu Kvabenanın "Qarabağ"la 2023-cü ilin yayınadək müqaviləsi var. O, 1-ci Liqada meydana çıxdığı 21 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest