PSJ-nin hücumçusu Neymar gözlənilməz addımla diqqət çəkib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı futbolçu zədəsi ilə bağlı sabiq klubu "Barselona"ya müraciət edib.

Məsələ burasındadı ki, zədəsi olan "sambaçı" PSJ həkimlərinə etibar edə bilmir. O, bununla bağlı "Barselona" həkimlərindən kömək istəyib. Futbolçu klubla məhkəməlik olsa da, futbolçular, eləcə də nümayəndələrlə münasibəti yaxşıdı. Neymarı müayinə edən kataloniyalı həkimlər ona cərrahiyyə əməliyyatını qəbul etməyi məsləhət görüblər. Ancaq Neymar müalicə ilə sağalmağı üstün tutur.

Qeyd edək ki, Neymar zədə ucbatından bir müddət komandasına kömək edə bilməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest