Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində 2-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D Liqalarında ümumilikdə 9 qarşılaşma baş tutub.

Günün ən maraqlı oyunlarından biri Portuqaliyada yerli komanda ilə İsveçrə yığması arasında keçirilib. Kristiano Ronaldonun dubla imza atdığı matçda komandası darmadağına sevinib. İspaniya millisi isə çexiyanın qonağı olub. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib və ispanlar yenə xal itkisi ilə üzləşiblər.

B Liqasında Serbiya doğma meydanda Sloveniyanı darmadağın edibsə, üç qolun qeydə alındığı İsveç – Norveç matçında qonaqlar qələbə qazanıblar.

C Liqasında Kiprlə Şimali İrlandiya yığmalarının oyununda qapılara qol vurulmayıb. Səfərdə Kosovo ilə qarşılaşan Yunanıstan tək qolla 3 xal qazanıb. Şimali Makedoniya səfərdə Cəbəllütariqi, qonşu Gürcüstan yığması isə Bolqarıstanı məğlub edib. D Liqasındakı yeganə matçda da Malta səfərdə San Marinodan güclü olub.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 2-ci tur
5 iyun

A Liqası, 2-ci qrup

Portuqaliya – İsveçrə 4:0
Qol: Karvalyo, 15. Ronaldo, 35; 39. Kanselo, 68.

çexiya – İspaniya 2:2
Qol
: Pesek, 4. Kuxta, 66 – Qavi, 45+3. Martines, 90.

Xal durumu: çexiya – 4, Portuqaliya – 4, İspaniya – 2, İsveçrə – 0.

B Liqası, 4-cü qrup

Serbiya – Sloveniya 4:1
Qol: Mitroviç, 24. Milinkoviç-Saviç, 56. Yoviç, 85. Radonyiç, 90+2 – Stoyanoviç, 30.

İsveç – Norveç 1:2
Qol: Elanqa, 90+2 – Haland, 20; 69.

Xal durumu: Norveç – 6, İsveç – 3, Serbiya – 3, Sloveniya – 0.

C Liqası, 2-ci qrup

Kipr – Şimali İrlandiya 0:0

Kosovo – Yunanıstan 0:1
Qol: Bakasetas, 36.

Xal durumu: Yunanıstan – 6, Kosovo – 3, Şimali İrlandiya – 1, Kipr – 1

C Liqası, 4-cü qrup

Cəbəllütariq – Şimali Makedoniya 0:2
Qol: Bardi, 21. Babunski, 84.

Bolqarıstan – Gürcüstan 2:5
Qol: İliyev, 50. Stefanov, 83 – Davitaşvili, 4. Hristov, 31-öz qapısına. Zivzivadze, 52. Kvaratsxeliya, 58. Vako, 70.

Xal durumu: Gürcüstan – 6, Şimali Makedoniya – 4, Bolqarıstan – 1, Cəbəllütariq – 0.

D Liqası, 2-ci qrup

San Marino – Malta 0:2
Qol: Busuttil, 59. Gilyomye, 75.

Xal durumu: Estoniya – 3, Malta – 3, San Marino – 0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest