"Liverpul"un hücumçusu Məhəmməd Salah zədələnib. Matç.az saytı xəbər verir ki, ulduz futbolçu yığması Misirin heyətində ayağından xəsarət alıb.

Afrika kubokunun seçmə mərhələsində Svazilend üzərində böyükhesablı qələbəyə (4:1) qolla töhfə verən 26 yaşlı oyunçu zədə ucbatından oyunu yarımçıq tərk edib. Artıq millinin düşərgəsini tərk edən "qırmızılar"ın lideri Liverpula qayıdıb.

Salah sabah klubunda tibbi müayinədən keçəcək və bundan sonra onun durumuna aydınlıq gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest