AFFA-nın İntizam Komitəsinin iclasında Topaz Premyer Liqasının XVI turunda baş verənlərlə bağlı qərarlar çıxarılıb.

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının XVI turunda baş verənlərlə bağlı qərarlar çıxarılıb.

"Sabah" – "Qəbələ" matçının 25-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.

Oyunun  90+5-ci dəqiqəsində "Qəbələ" klubunun baş məşqçisi Zaur Haşımov  texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəza alıb, klubunu 800 manat ziyana salıb.

"Sumqayıt" – "Qarabağ" matçında  meydan saiblərinin 5 , qonaqların 4 futbolçularının  sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat ödəyəcək.

"Səbail" – "Zirə" matçının 81-ci dəqiqəsində ev sahibi komandanın futbolçusu Elvin Yunuszadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub.

"Neftçi" – "Keşlə" görüşündə qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat xərcə düşüb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest