2012-ci ildə keçirilən Olimpiya Oyunlarının çempionu Maksimilian Raynelt vaxtsız şəkildə ölüb. Matc.az xəbər verir ki, akademik avarçəkmə üzrə Almaniya yığmasında böyük uğurlara imza atmış 30 yaşlı idman veteran İsveçrənin Sankt-Morits kurortunda istirahət edərkən dünyasını dəyişib.

Hadisə Rayneltin xizək sürdüyü vaxt yaşanıb. Yürüş zamanı özünü pis hiss edən Maksimiliana həkimlər də kömək edə bilməyib.

İkiqat dünya, beşqat Avropa çempionu, Olimpiada-2016-nın gümüş mükafatçısı karyerasını 3 il öncə başa vurub. Tibbi təhsilini yekunlaşdırmaq üzrə olan Maksimilian Almaniyanın U-23 yığmasının həkimi təyin olunub. Komandanın İspaniyadakı təlim-məşq toplanışına yollanmağa hazırlaşan həkimin arzusu reallaşmayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest