Almaniya çempionatının III liqasında mövsümün ikinci yarışımın ilk turu başa çatıb. Matc.az xəbər verir ki, turun son qarşılaşmasında Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen" "Lotte"nin qonağı olub.

Hücumçumuz bu qarşılaşmaya start heyətində çıxıb. 64-cü dəqiqədə əvəzlənən Rüfət heç nəylə yadda qalmayıb.

Onun komandası isə 0:1 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra 23 oyunda 33 xal toplayan "Proyssen" 8-ci pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest