Rusiyanın Soçi şəhərində qızlardan ibarət komandalar arasında beynəlxalq turnir keçiriləcək. Matc.az xəbər verir ki, ənənəvi "Kuban baharı" turnirində U-19, yəni 2000-ci il və daha kiçik təvəllüdlü futbolçular mübarizə aparacaq.

Azərbaycan yığması da əvvəllər də bir neçə dəfə qatıldığı turnirin iştirakçısı olacaq. Millimiz Rusiya, Belarus və İran yığmaları ilə dairəvi sistemdə ən güclünü müəyyənləşdirəcək. Turnir martın 1-5-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest