UEFA Millətlər Liqasının C Divizionunun ilk turunda Azərbaycan milli komandasını qəbul edəcək Qazaxıstan yığması növbəti itki ilə üzləşib. Matc.az xəbər verir ki, Rusiyanın “Axmat” klubunda çıxış edən Marat Bıstrov zədə səbəbindən millinin heyətindən çıxarılıb.
 
30 yaşlı müdafiəçinin əvəzinə düşərgəyə Qazaxıstan “Aktobe”sinin arxa xətt oyunçusu Alibek Kasım dəvət olunub.
 
İyunun 3-də paytaxt Nur-Sultandakı “Astana Arena”da keçiriləcək Qazaxıstan - Azərbaycan matçına Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest