Türkiyə yığmasında baş məşqçi istefası reallaşıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Mirça Luçesku ilə yollar ayrılıb.

Rumıniyalı çalışdırıcının müqavilə müddəti davam etsə də, Türkiyə Futbol Federasiyası ilə görüşdən sonra anlaşmaya qarşılıqlı razılıqla xitam verilib. Luçeskunun yerinə əsas namizəd "Beşiktaş"ın çalışdırıcısı Şenol Günəşdi.

Qeyd edək ki, Mirça Luçesku 2017-ci ilin avqustundan bəri Türkiyə millisinə başçılıq edib. Onun rəhbərliyi altında "ay-ulduzlular" Millətlər Liqasında keçirdiyi 4 oyunun 1-də qələbə qazanıb, 3-də məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest