"Neftçi"nin qapıçısı Aqil Məmmədov zədələnib. Matc.az klubun saytına istinadən xəbər verir ki, futbolçu son məşqlərdən birində daban oynağından zədə alıb.

Həkimlərin rəyinə görə, Aqil Məmmədov 3-4 həftə müalicə olunacaq. Qolkiper yalnız bundan sonra fərdi məşqlərə başlaya biləcək.

Qeyd edək ki, təcrübəli qapıçı bu ilin yanvarında "Neftçi"yə transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest