Futbol üzrə İngiltərə Premyer Liqasında 2021/22 mövsümünün ən yaxşı oyunçusu bəlli olub. Matc.az xəbər verir k, bu ada “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne layiq görülüb. Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.
 
31 yaşlı belçikalı oyunçu cari mövsümdə Premyer Liqada 29 matça çıxıb. O, bu oyunlarda 15 qolla yadda qalıb.
 
Xatırladaq ki, bundan öncə “Mançester Siti”nin digər üzvü Fil Foden də mövsümün ən yaxşı gənc futbolçusu seçilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest