Mayın 24-də futzal üzrə Azərbaycan kubokunda 2021/2022-ci il mövsümünə yekun vurulacaq. Matc.az xəbər verir ki, qalib adı uğrunda Yüksək Liqanın bürünc medalçısı "Neftçi" İK və Birinci Liqa təmsilçisi "Alyans Qrup" qarşılaşacaq.
 
Əvvəlki 25 kubok mövsümündə 10 komanda yarışın qalibi olub. Müxtəlif adlarla çıxış edən "Neftçi" hamıdan çox – 6 dəfə (1994/95, 1995/96, 2009/10, 2012/13, 2013/14, 2016/17) kuboku başı üzərinə qaldırıb. "Araz-Naxçıvan" 5 dəfə (2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09) bu mükafata sahib olub.
 
Digər kubok sahiblərindən EKOL 4 (2010/11, 2011/12, 2015/16, 2018/19), "Avtomobilçi" (1996/97, 1997/98), "Azərneftyanacaq" (1999/00, 2000/01) və "Gömrükçü" (2001/02, 2002/03) hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Dörd komanda isə bir dəfə belə uğura nail olub. "Nabspor" 1998/99, "Turan AİR" 2003/04, "Fənər" FK 2014/15 və "Marafon Futsal" 2017/18 mövsümündə kuboku qazanıb. ölkə kubokunun 2019/20-ci il mövsümün koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılıb, 2020/21-ci il mövsümü isə ümumiyyətlə keçirilməyib.  
 
1994/95      "Neftçi"
 
1995/96      "Neftçi"
 
1996/97      "Avtomobilçi"
 
1997/98      "Avtomobilçi"
 
1998/99      "Nabspor"
 
1999/00      "Azərneftyanacaq"
 
2000/01      "Azərneftyanacaq"
 
2001/02      "Gömrükçü"
 
2002/03      "Gömrükçü"
 
2003/04      "Turan" AİR
 
2004/05      "Araz-Naxçıvan"
 
2005/06      "Araz-Naxçıvan"
 
2006/07      "Araz-Naxçıvan"
 
2007/08      "Araz-Naxçıvan"
 
2008/09      "Araz-Naxçıvan"
 
2009/10      "Neftçi" İSM
 
2010/11      EKOL
 
2011/12      EKOL
 
2012/13      "Neftçi" İSM
 
2013/14      "Neftçi" İSM
 
2014/15      "Fener" FK
 
2015/16      EKOL
 
2016/17      "Neftçi" İK
 
2017/18      "Marafon Futsal"
 
2018/19       EKOL
 
2019/20      Yarış başa çatdırılmayıb
 
2020/21      Pandemiya ilə əlaqədar keçirilməyib

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest