Ukrayna klubu "Aleksandriya" təlim-məşq toplanışının ikinci mərhələsi üçün yenidən Antalyaya gedib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, komandanın heyətindəki problemlər baş məşqçi Vladimir Şaranı narahat edir.

çalışdırıcı bir neçə oyunçunun kollektivdən ayrı qaldığını söyləyib ki, onlardan biri də Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevdi. Ancaq futbolçu fərdi məşqlərə başlayıb.

Əvəzində yarımmüdafiəçi Vasili Qrişukun durumu ciddidi: "Qrişuk yaya qədər bizə kömək edə bilməyəcək. Onun zədəsi çox ciddidi və hazırda Serbiyadadı. Yevgeni Protasov, Pavel Paşayev və Andrey çurikov isə yavaş-yavaş sıraya dönəcəklər. Onlar artıq fərdi məşqlərə başlayıblar və bir neçə gündən sonra kollektivə qoşulacaqlar".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest