Topaz Premyer Liqasının II dövrəsinə hazırlığını davam etdirən klublar yoxlama görüşlərində qüvvələrini sınayırlar. Matç.az saytı xəbər verir ki, bu gün "Qəbələ" ilə "Səbail" üz-üzə gəlib.

 

Oyun "Bakı"nın təlim-məşq meydanında baş tutub. Millilərə çağırılan və zədəli futbolçulçarın iştirak etmədiyi qarşılaşma "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

"Qırmızı-qaralar"ın heyətində yeganə qola 65-ci dəqiqədə Ceyms Adeniyi imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest