"Liverpul"un baş məşqçisi Yurgen Klopp Məhəmməd Salah və Vircil van Deykin çempionlar Liqasının finalında "Real"a qarşı oynayıb-oynamayacağı ilə bağlı sualı cavablandırıb. Matc.az xəbər verir ki, almaniyalı çalışdırıcı hər iki futbolçunun Parisdə olacağına şübhə etmədiyini söyləyib.
 
"Şübhə etmirəm ki, Salah və Van Deyk Parisdə finalda olacaqlar. Məqsəd onların hər ikisinin həftəsonu komandaya qayıda bilməsi idi. Bilmirəm, ilk dəqiqələrdən meydana çıxacaqlar, yoxsa sonradan. Onların finalda oynayacaqlarına şübhəm yoxdur" - deyə, Klopp bildirib.
 
Salah İngiltərə kubokunun finalında zədələnib. O, "çelsi" ilə matçda ilk hissədə meydanı tərk etmək məcburiyyətində qalıb. Van Deyk isə həmin oyunun 90-cı dəqiqədə əvəzlənib. 
 
Qeyd edək ki, "Liverpul" və Madrid "Real"ı arasında çempionlar Liqasının final oyunu mayın 28-də Parisdə keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest