"Qəbələ" 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Samet Karakoçla vidalaşıb. Matc.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev açıqlama verib.
 
42 yaşlı mütəxəssis bildirib ki, 20 yaşlı müdafiəçi ailə problemlərinə görə "qırmızı-qaralar"ı tərk edib. (Report)
 
Samet Karakoç "Qəbələ" ilə bu ilin yanvarında 1.5 illik müqavilə imzalamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest