Türkiyənin "Bursaspor" klubu Azərbaycan millisinin futbolçusu Namik Ələskərovla müqaviləyə xitam verəcək. Matc.az xəbər verir ki, bu barədə klubun prezidenti ömər Furkan Banaz mətbuat konfransında açıqlama verib.
 
Funksioner bildirib ki, komandadakı legionerlə ən sərfəli şəkildə vidalaşacaqlar: "Sözləşməsi davam edən 7 əcnəbi futbolumuz var. Burada əsas məqam klubun mənafeyidir. Onsuz da legionerlər II liqada oynaya bilməzlər. Hamısına xitamla bağlı sənəd veriləcək".
 
Qeyd edək ki, Namik Ələskərov cari mövsümün əvvəlində "Bursaspor"la 2+1 illik müqavilə imzalamışdı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest