"Atletiko"nun hücumçusu Luis Suares Madrid azarkeşləri ilə vidalaşıb. Matc.az xəbər verir ki, o, sosial şəbəkə hesabında hər kəsə təşəkkürünü bildirib:
 
"Azarkeşlərin hər birinə göstərdikləri sevgiyə, hər gün göstərdikləri sədaqətə görə "Atletiko"nun hər bir üzvünə və məni tək qoymayan ailəmə çox minnətdaram!".
 
Suares 2020-ci ilin sentyabrından "Atletiko" da çıxış edir. Uruqvaylı hücumçu bu mövsüm komandanın heyətində 43 oyunda 13 qol vurub və 3 məhsuldar ötürmə edib.
 
Onun "hindular"la müqaviləsi bu ilin yayında bitir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest