Zaqreblilər səfərdə 3 xalı 2 cavabsız qolla qazanaraq çempionluğunu sona 1 tur qalmış rəsmiləşdırib.

Bu gün Xorvatiya çempionatında 35-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su turun bağlanış matçında "Şibenik"in qonağı olub.
 
Zaqreblilər səfərdə 3 xalı 2 cavabsız qolla qazanaraq çempionluğunu sona 1 tur qalmış rəsmiləşdırib.
 
Xorvatiya çempionatının qızıl medallarını qazanan Emreli bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
 
Qeyd edək ki, "Dinamo" tarixində 23-cü dəfə ölkə çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest