İspaniya La Liqa2-də XXV turun oyunları davam edir. Matc.az saytının məlumatına görə, "Alkorkon" doğma azarkeşləri önündə "Kadiz"i qəbul edib.

"Alkorkon" ilk hissədə hesabı açsa da, qonaqlar son 6 dəqiqədə 2 qol vuraraq 2:1 hesablı qələbə qazanıb. "Alkorkon"un heyətində Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilov 90 dəqiqə meydanda olub.

Bu qələbə sayəsində "Kadiz" "Alkorkon"la xallarının sayını bərabərləşdirib (38). İsrafiovun komandası hazırda 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest