Türkiyə I Liqasında XXI tura start verilib. Matc.az saytının məlumatına görə, bu gün "Boluspor" "Afjet Afyonspor"u qəbul edib.

Oyun Azərbaycan millisinin iki üzvü Ufuk Budak və İltər Taşkının komandalarının görüşü ilə əlamətdar olub. Ufuk 90 dəqiqəni əvəzedilmədən keçiribsə, İltər qarşılaşmanı ehtiyatdan izləməklə kifayətlənib. Oyun isə 1:1 hesabı ilə nəticələnib.

21 turdan sonra "Boluspor" turnir cədvəlində 8-ci, "Afjet Afyonspor" isə 16-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest