Portuqaliya Sequndasında XXI turun oyunları davam edir. Matc.az saytının məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril" növbəti görüşünə çıxıb.

Rəqib turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Kova da Pyedade" olub. Hər hissədə bir qol vuran "Eştoril" 2 cavabsız qolla qalib gəlib. Renat isə matçın "18-liy"ində olmayıb.

Bu qələbə sayəsində xallarının sayını 36-ya çatdıran "Eştoril" 3-cü pilləyə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest