"İstərdik ki, doğma meydanda da azarkeşlərimizi sevindirək. Nə qədər çox gəlsələr, bizim üçün o qədər yaxşı olar"

"Ağır səfərdən qayıtmışıq, yolumuz uzaq idi". Matç.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Maksim Medvedev deyib. Müdafiəçi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sabah Bakı Olimpiya Stadionunda Malta ilə keçiriləcək oyunu dəyərləndirib. O, meydana qələbə üçün çıxacaqlarını vurğulayıb: "Vacib qələbə qazanmışıq. Malta ilə görüş daha vacib olacaq. İnanıram ki, sabah meydanda uğurlu çıxış edəcək və lazım olan qələbəni qazanacağıq".

O, "3:0 hesablı qələbədən sonra sabahkı oyunda stadionun 60-70 faizinin dolacağına inanırsızmı" sualını belə cavab verib: "İstərdik ki, azarkeşlərin sayı çox olsun. İnanıram ki, son qələbədən sonra daha çox fanat gələcək. İstərdik ki, doğma meydanda da azarkeşlərimizi sevindirək. Nə qədər çox gəlsələr, bizim üçün o qədər yaxşı olar".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest