Hər zaman çalışıram ki, əlimdən gələni edim. Amma bu, taktika və strategiya ilə əlaqəli qərarlardı. Baş məşqçi belə düşünürsə, hörmət edirəm. Bu gün özünüz də gördünüz ki, meydanda var gücümlə mübarizə aparırdım.

"Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev "Sumqayıt"la oyundan sonra matc.az saytının əməkdaşının da suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Xarakter göstərdik, iki qol vurduq, bu da 3 xal üçün kifayət etdi. Əsas odur ki, qol buraxmadıq.

- Qol epizodunda hakim bir az tərəddüd elədi. Həmin an düşündünüzmü ki, birdən qol sayılmaz?

- Bəlkə də həmin qol sayılmasaydı, 2 dəfədən artıq fərqlənəcəkdik. Amma hakimi də qınamaq olmaz, əsas odur ki, sonda doğru qərar verildi.

- Start heyətindəki yerinizi itirdiyinizi düşünmürsüz?

- Hər zaman çalışıram ki, əlimdən gələni edim. Amma bu, taktika və strategiya ilə əlaqəli qərarlardı. Baş məşqçi belə düşünürsə, hörmət edirəm. Bu gün özünüz də gördünüz ki, meydanda var gücümlə mübarizə aparırdım.

- özünüzü "Qarabağ"da xoşbəxt hiss edirsiniz?

- Hər qələbədən sonra özümü daha xoşbəxt hiss edirəm. çempion olsaq, lap xoşbəxt olacam.

- Əgər burda əsas heyətə düşə bilməsəniz, Bolqarıstan millisinə dəvət olunmamaqdan çəkinmirsiniz?

- Daim meydanda olmaq üçün hər şey edirəm. Milli komandanın baş məşqçisi də bunu bilir.

- Sosial şəbəkə görmüşdüm ki, "Sportinq"də oynayarkən formanızı bolqar futbolunun əfsanəsi Xristo Stoiçkova vermişdiniz. Bəs "Qarabağ" formasını necə, vermisiniz kiməsə?

- çalışacam ki, onu bura dəvət edim və matçımızı izləsin. Gələn dəfə görüşəndə isə mütləq "Qarabağ" forması hədiyyə edəcəm.

- "Neftçi" ilə aranızda 3 xal fərq var. Necə düşünürsüz, onlara çata biləcəksiz?

- Mən rəqibin xalı ilə maraqlanmıram. Əgər bütün oyunları udsaq, biz çempion olacağıq.

- Əvvəllər Azərbaycanda bolqar futbolçular çox olub, indi isə təkcə sizsiniz. Sizcə, buna səbəb maliyyə problemləridir?

- O biri klublar haqqında nəsə deyə bilmərəm, amma "Qarabağ"da maliyyə problemi yoxdu. Millidə olarkən hamıya bu haqda danışıram. Niyə gəlmirlər, bunu bilmirəm.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest