Millimizin baş məşqçi postuna namizəd olan Nikola Yurçeviç "Sumqayıt" - "Qarabağ" görüşünü canlı izləyib. Matc.az xəbər verir ki, xorvatiyalı çalışdırıcı görüşün fasiləsində jurnalistlərin suallarını cavablandırıb.

- Azərbaycanda ilk oyuna baxırsız.

- Elədi. "Qarabağ" "Sumqayıt"dan yaxşı oyun göstərir. İlk hissənin nəticəsi oyuna görədi.

- Rəsmən millimizin baş məşqçisi olmaq üzrəsiz. Azərbaycan futbolu ilə maraqlanırsız?

- Yetərincə məlumatlıyam. Başqa çalışdığım yerlərdə Azərbaycan millisinin oyunlarını izləmişəm. İkinci dəfədi Azərbaycandayam. Kifayət qədər məlumat yığmışam. Azərbaycana bağlılığı olan məşqçilərdən hər şeylə maraqlanmışam. Robert Prosineçki və onun köməkçisiylə danışmışam.

- Belə məlumatlar var ki, millinin baş məşqçisinin qarşısına Aç-2020-nin final mərhələsinə vəsiqə qoyulub.

- Bu məqsəd haqda AFFA rəsmiləri heç nə deməyib. Məqsədimiz oyundan oyuna artırmaq və daha yaxşı oyun nümayiş etdirməkdir.

- Zaman çox azdı. Oyun fəlsəfənizi millimizə aşılaya biləcəksiz? Planlarınız necədi?

- Kifayət qədər millidən məlumatlıyam. Vətənimin seçməsini - Xorvatiya yığmasını da yaxşı tanıyıram. çox danışmaq istəmirəm, çünki heç nə rəsmiləşməyib.

- Təlim-məşq toplanışı üçün planınız var?

- Ağlımda hansısa fikirlər var. İstəyirəm hər şey dəqiqləşsin. İndi demək çox tezdir.

- Deyilənə görə, Azərbaycana xeyli yüklə gəlmisiz. Bu da o deməkdi ki, baş məşqçi postuna təyin ediləcəksiz.

- Hər şey müsbətdi. Gözləmək lazımdı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest