Bir az hay-küylü oyun oldu. Sona doğru ajiotaj vardı. Sürətli komandayla qarşılaşmışdıq. Komandamızda oyun intizamsızlığı yoxdur. Bu baxımdan axsaqlıq görmədim. Bu gün bir az köklənmək baxımdan narahatlığım vardı. Şükür ki, bu baş vermədi

"Futbolçulara təşəkkür düşür, oyuna yaxşı kökləndilər. Tapşırığın öhdəsindən gəldilər". Matc.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib.

Topaz Premyer Liqasının XVI turunda səfərdə "Sabah"la qarşılaşan əyalət klubu 1:0 hesabı ilə qələbə qazanıb.

Oyundan sonra təşkil olunmuş mətbuat konfransında Qurbanov qarşılaşma haqqında fikirlərini bölüşüb: "Bir az hay-küylü oyun oldu. Sona doğru ajiotaj vardı. Sürətli komandayla qarşılaşmışdıq. Komandamızda oyun intizamsızlığı yoxdur. Bu baxımdan axsaqlıq görmədim. Bu gün bir az köklənmək baxımdan narahatlığım vardı. Şükür ki, bu baş vermədi".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest