Bakının "Sabah" klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi ukraynalı hücumçusu Marko Deviçin xidmətindən məhrum olub.

Topaz Premyer Liqasının ən yaxşı bombardirlərindən biri olan forvard XVII turu buraxacaq. Buna onun bu gün keçirilən XVI turun matçında sarı vərəqə alması səbəb olub.

Davam etməkdə olan "Qəbələ"ylə matçda hakimi aldatmağa çalışan Deviçin simulyasiyası onun mövsümdə 4-cü sarı vərəqə alması ilə nəticələnib. Bununla da serb əsilli hücumçu cəzalı duruma düşüb. "Sabah"ın cari mövsümdə vurduğu 14 qolun yarısına – 7-nə imza atan legionerin yoxluğu komandanın hücumdakı gücünü yarıbayarı azaldaaq.

Qeyd edək ki, "Sabah" növbəti turda "Səbail"in qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest