Transfer dönəminin son günündə "Keşlə" heyətini gücləndirib. Paytaxt təmsilçisi daha 2 oyunçu ilə münasibətləri rəsmiləşdirdiyini elan edib. Klub rəhbərliyi venesuelalı Luis Anxelo Pena və ukraynalı Valeri Kutsenko ilə sözləşmə imzalayıb.

Transfer dönəminin son günündə "Keşlə" heyətini gücləndirib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi daha 2 oyunçu ilə münasibətləri rəsmiləşdirdiyini elan edib.

Klub rəhbərliyi venesuelalı Luis Anxelo Pena və ukraynalı Valeri Kutsenko ilə sözləşmə imzalayıb. Venesuelalı il yarımlıq müddətədək, ukraynalı isə mövsümün sonuna qədər bakılıların uğurları üçün çalışacaq.

Qeyd edək ki, "Keşlə" buna qədər Vüsal İsgəndərli, Con Kamara və Emin Mehtiyevi heyətinə qatmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest