"Yuventus"un baş məşqçisi Massimiliano Alleqrinin İngiltərəyə köçmək imkanı olub. Matç.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, "Mançester Yunayted" ona təklif göndərib.

"Qırmızı şeytanlar" illik maaşı 9 milyon avro olmaqla 3 illik saziş təklif edib. üstəlik, 51 yaşlı mütəxəssisə 200 milyon avroluq transfer büdcəsi də vəd olunub. Lakin o, Joze Mourinyonu əvəz etməyə razılıq verməyib və təklifdən imtina edib.

Qeyd edək ki, "Mançester Yunayted" hazırda Premyer Liqada 8-ci pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest