Bu həftə Topaz Premyer Liqasında XVI turun oyunları keçiriləcək. Matc.az-ın "Zirə"nin rəsmi saytına istinadən məlumatına görə, paytaxt klubu 2019-cu ildə ilk səfər oyununa çıxacaq.

Komanda rəqib meydanında "Səbail"lə görüşəcək. Bu, komandaların cari mövsüm Premyer Liqada 3-cü dueli olacaq. Əslində, əvvəlki görüşlərin ikisi də heç-heçə başa çatıb. Lakin I dövrənin "Səbail"in meydanında 1:1 hesabı ilə nəticələnən qarşılaşmadakı texniki xəta "Zirə"yə məğlubiyyət verilməsinə səbəb olub – 0:3. "Zirə"nin ev oyununda isə qapılara qol vurulmayıb.

ümumilikdə isə iki komanda arasında Premyer Liqada 6 matç keçirilib. Həmin texniki məğlubiyyət "Zirə"nin "Səbail"lə görüşlərdə xal qazanmadığı yeganə oyundu. Digər oyunlarda 3 qələbəsi olan "Zirə" 2 heç-heçə edib. Bu üstünlük texniki nəticənin nəzərə alınmadığı top fərqində də əksini tapıb. 5 qol vuran "Zirə" yalnız 2 top buraxıb.

Qəsəbə təmsilçisinin qollarına fərqli oyunçular imza atıb. Zirəlilər  4-cü dəfə "Səbail"in qonağı olacaq. Əvvəlki üç səfərdə 2 qələbə və 1 məğlubiyyəti olan komanda iki top vurub.

Qeyd edək ki, "Səbail" - "Zirə" görüşü fevralın 10-da baş tutacaq.

2017/18 mövsümü

13.08.2017. Zirə - Səbail - 2:1

Milan Duriç, 3; Riçard Qadze, 17 - Vüqar Nadirov, 43

03.12.2017. Səbail - Zirə - 0:1

Adil Nağıyev, 39

14.03.2018. Zirə - Səbail - 1:1

Aleksandr Dedov, 17 // Nikoloz Apakidze, 54

05.05.2018. Səbail - Zirə - 0:1

Müşfiq İlyasov, 16

 

2018/19 mövsümü

15.09.2018. Səbail - Zirə - +:-

04.11.2018. Zirə - Səbail - 0:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest