Dortmund "Borussiya"sı aparıcı futbolçusu Marko Roysu itirib. Matc.az saytının "Bild" nəşrinə istinadən məlumatına görə, komandanın lideri Almaniya kubokunda "Verder"lə görüşdə zədələnib.

Əzələsində yaranmış problemə görə, Roys görüşün fasiləsində əvəzlənmişdi. Əvvəlcə baş məşqçinin onu riskə atmamaq üçün meydandan çıxardığı bildirilirdi. Lakin zədənin gözləniləndən ciddi olduğu müəyyənləşib. Həkimlər onun iki həftə yaşıl meydanlardan uzaq qalacağını güman edir. Bu isə o deməkdi ki, Roys çempionlar Liqasının 1/8 final mərhələsində "Tottenhem"lə ilk oyunu buraxacaq.

Qeyd edək ki, "Tottenhem" - "Borussiya" oyunu fevralın 13-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest