"Tequ" bir neçə braziliyalı futbolçunun çıxış etdiyi və böyük perspektiv vəd edən klubdu". Matc.az saytı xəbər verir ki, bu sözləri "Neftçi"nin sabiq futbolçusu Dario Frederiko deyib.

Bir neçə gün əvvəl Cənubi Koreyanın "Tequ" klubuna transfer olunan braziliyalı yarımmüdafiəçi ölkəsinin mətbuatına danışıb.

O, Cənubi Koreya çempionatı barədə müsbət fikirlər səsləndirib: "Neftçi" də çox yaxşı komandadı, çempionata liderlik edir və çempionluq üçün yaxşı şansı var. Ancaq klubların transfer dönəmlərində heyətlərini gücləndirmək istəmələri normaldı. Budəfəki hədəflərdən biri də mən idim. ümid edirəm ki, gözəl il keçirərəm və "Tequ" ilə K Liqasının qalibi olaram. K Liqası Avropadan kənar ölkələr arasında ən yaxşı çempionatdı. Yatırımların artması ilə Asiya futbolu dünyanın dörd bir yanının diqqətini çəkir. Uzun müddət burda qalmağa ümid edirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest