Argentinalı futbolçu Emiliano Salanı aparan təyyarənin qəza səbəbləri araşdırılır. Matc.az saytı xəbər verir ki, futbolçunun ölümü ilə nəticələnən hadisə ilə bağlı bir çox söz-söhbətlər ortaya atılır.

Hava Qəzalarını Araşdırma Şöbəsi (AAIB) qəzaya nəyin səbəb olduğunu araşdırmağa çalışıb. Hələlik təsdiqlənməsə də, bunun əlverişsiz hava şəraitindən qaynaqlandığı bildirilib.

Aviasiya mühəndisi Xorxe Polanko Argentina mətbuatına açıqlamasında qış aylarında La-Manş boğazı üzərindən keçməyin təhlükəli olduğnu bildirib: "Soyuq havada gecə vaxtı La-Manş üzərindən tək motorlu təyyarə ilə keçmək əsl dəlilikdi. "The Piper Malibu" mükəmməl tək motorlu və 7 nəfərlik "hava gəmisi"di. Bu uçuşun gecə vaxtı olması məni təəccübləndirdi. Avropada bu tarixlərdə qış mövsümüdü. La-Manşda bu mövsümdə gecə uçmaq Antraktida üzərindən kiçik təyyarə ilə keçmək arasında bir fərq yoxdu. Fikrimcə, buzlanmaya görə motor dayanıb və qəza buna görə baş verib".

Qeyd edək ki, "The Piper Malibu N264DB" təyyarəsi yanvarın 21-də Nantdan Kardiffə uçarkən Lan-Manş üzərində yoxa çıxıb. Təyyarədə yalnız pilot David İbbotson və futbolçu Emiliano Sala olub. Oyunçunun meyiti tapılsa da, pilotdan hələ də xəbər yoxdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest