"Mançester Siti"nin sahibi Xaldon əl-Mubarak maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb. Matç.az saytı xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamı "Barselona"nın kapitanı Lionel Messini komandasında görmək arzusunda olduğunu gizlətməyib.

O, hətta argentinalı superulduza təklif göndərdiklərini də etiraf edib: "Messini almaq ən böyük arzum olub. Açığı, Pep Qvardiola ilə bu barədə çox söhbət etmişik. Messiyə "Barselona"da qazandığının 3 qatını təklif etdik, amma razılıq vermədi".

Qeyd edək ki, Lionel Messinin "Barselona"da illik maaşı 50 milyon avrodu. Bu isə o deməkdi ki, "Mançester Siti"nin sahibi ona ilinə 150 milyon avro məvacib təklif edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest