"Mançester Yunayted"in yarımmüdafiəçisi Ander Erreranın taleyinə aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ispaniyalı orta sahə oyunçusu komandasını dəyişməyəcək.

30 yaşlı futbolçudan məmnun qalan klub rəhbərliyi ona yeni müqavilə təklif edib. Tərəflər arasında danışıqlar artıq müsbət nəticələnib və Errera tezliklə yeni sazişə qol çəkəcək. 2014-cü ildə "qırmızı şeytanlar"a 29 milyon funt-sterlinq qarşılığında "Atletik"dən keçən oyunçunun yeni müqavilə müddəti hələlik bəlli deyil.

Qeyd edək ki, Ander Erreranın hazırkı sözləşməsi cari mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest