"Barselona"nın müdafiəçisi Samuel Umtiti əzəli rəqib "Real"a keçə bilər. Matç.az saytının "Marca"ya istinadən məlumatına görə, madridlilər Fransa millisinin üzvünü transfer etməkdə qərarlıdı.

"Kral klubu" Umtitini yayda heyətinə qatmaq üçün qarşı tərəfə astronomik məbləğ təklif etmək niyyətindədi. Lakin bu, heç də real görünmür. çünki 25 yaşlı oyunçu bu yaxınlarda 2023-cü ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb və sərbəst qalma məbləği 500 milyon avrodu.

Qeyd edək ki, bu mövsüm 6 matçda iştirak edən Samuel Umtiti zədə ucbatından ilin sonuna qədər "Barselona"ya kömək edə bilməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest