Kolumbiya yığmasının yeni baş məşqçisi rəsmən açıqlanıb. Matc.az-ın Kolumbiya Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, bu posta Karlos Keyroş gətirilib.

Portuqaliyalı mütəxəssis Cənubi Amerika təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. Kolumbiyalılar bu gün yeni baş məşqçini təqdim ediblər. Son dünya çempionatında İran yığmasının "sükanı arxası"nda olan 66 yaşlı çalışdırıcının adı bir müddət Azərbaycan millisi ilə də birgə hallanırdı.

Qeyd edək ki, Karlos Keyroş məşqçilik karyerası ərzində Portuqaliya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Afrika Respublikası yığmasına da rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest