"Barselona" rəhbərliyi kapitan Lionel Messiyə yeni müqavilə təklif edəcək. Matç.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, kataloniyalılar argentinalı superulduzla tezliklə danışığa başlayacaq.

İspaniya nəhəngi müqaviləsi 31 yaşlı oyunçunun sözləşməsini ən azı daha 1 il uzatmağı planlaşdırır. Bu məqsədlə onun maaşının artırılması da nəzərdə tutulub. Əgər Leo razılıq versə, 2021-ci ilə qədər olan sazişə 1+1 illik müqavilə də əlavə olunacaq.

Qeyd edək ki, Lionel Messi 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest