"Zirə"nin qış fasiləsində heyətinə cəlb etdiyi İsmael Fofananın Ermənistanda oynamaq ehtimalı olub. Fil Dişi Sahilidən olan hücumçu ötən ay "Zirə" ilə yanaşı, Ermənistan klublarından da təklif alıb.

"Zirə"nin qış fasiləsində heyətinə cəlb etdiyi İsmael Fofananın Ermənistanda oynamaq ehtimalı olub. Matc.az xəbər verir ki, bu barədə məlumatı həmin ölkənin mətbuatı yayıb.

Bildirilir ki, Fil Dişi Sahilidən olan hücumçu ötən ay "Zirə" ilə yanaşı, Ermənistan klublarından da təklif alıb. Lakin "Şirak"ın sabiq oyunçusu Azərbaycan komandasına üstünlük verib. çünki bakılıların təklifi ermənilərdən qat-qat sərfəli olub.

Qeyd edək ki, İsmael Fofana yanvarın əvvəlində "Voyvodina"dan "Alki"yə keçsə də, heç bir rəsmi matçda iştirak etmədən bir neçə gündən sonra kiprlilərlə vidalaşaraq, "Zirə" ilə müqavilə bağlayıb. Bakılılarla 6 ay + 1 illik müqavilə imzalayan 31 yaşlı forvard 2012-2013-cü illərdə Ermənistanda "Şirak"ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest