Qazaxıstanda qış transfer dönəmində ölkəni tərk edən ən güclü 10 futbolçunun siyahısı dərc edilib. Matc.az-ın vesti.kz saytına istinadən məlumatına görə, siyahıda tanış simalar da var.

ölkəni tərk edən ən yaxşı "10-luq"dan 4-ü "Astana" ilə yollarını ayıranlardı. Onlardan biri müqavilə ilə məxsus olduğu PAOK-a dönən Pedro Enrike, digəri isə 6 aylıq fasildən sonra "Qarabağ"a qayıdan Riçard Almeydadı. Həmkarlarımız Almeydanın yaxşı futbolçu olduğunu, sadəcə "Astana"nın oyun üslubuna uyğunlaşa bilmədiyini bildiriblər: "Almeyda getdikcə özünü yaxşı tərəfdən göstərməyə başladı. Ancaq "Astana" ona görə komanda deyildi. O, daha çox kombinasiyalı futbolu sevir. Bu mənada "Kayrat" və ya "Aktobe"yə daha uyğun gələrdi. Nəticədə Almeyda "Qarabağ"a icarəyə verildi".

Qazaxıstandan "Qarabağ"a üz tutan digər braziliyalı Reynaldo Silva da ilk "10-luğ"a düşüb. Yerli KİV onun keçmiş komandası "Aktobe"yə xeyir verdiyini vurğulayıb: "Ancaq klub onun "Qarabağ"a qayıtmaq istəyinə mane olmadı. Hətta əldə etdiyimiz məlumata görə, futbolçu "Qarabağ"la "Aktobe"dəkindən az maaşa razılaşıb".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest